Aygün Kazımova kimi seçəcək?

9 Fevral 2012 18:15
"Azadinform"un məlumatına görə, Azərbaycanın pop-divasının sözləri Cəlal Qurbanovun, musiqisi Gövhər Həsənzadənin olan "Nankor" adlı mahnısı artıq hazırdır. Azərbaycanda yetərincə yaradıcılıq işləri olan müğənni, Türkiyənin məşhur səsyazma studiyalarından biri ilə də əməkdaşlığa başlayıb. Xalq artisti bildirib ki, Azərbaycanda Gökhan Erol, Leyli İsrafilova ilə işlədiyi halda, Türkiyədə Sərdar Ortac və digər məşhur sənətçilər onun üçün mahnı yazacaq.

Qeyd edək ki, Aygün Kazımova seçimini dəqiqləşdirəndən sonra türk müğənniləri ya Hakan Pekerlə, ya da Murat Bozla duet oxuyacaq. Amma xalq artisti sənətçilər arasında hələ seçim etməyib.

Hazırda gərgin iş qrafiki ilə çalışan müğənni həmçinin bildirib ki, növbəti klipini qonşu Türkiyədə ekranlaşdırmağı düşünür.

Milli.Az