İynə atsan yerə düşməz - Balacadan böyüyə hər kəs çimərlikdə dincəlir - VİDEO

5 İyul 2021 10:49

Bu gün də istilərdən yan qaçmaq istəyənlər üz tutdu çimərliklərə. Bu səbəbdən dəniz sahilində necə deyərlər, iynə atsan yerə düşməzdi. Çimərliklərə sərinləmək üçün üz tutanlarla yanaşı, müalicə məqsədi ilə gələnlər də var.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, qumun üzərində uzanıb günəş vannası qəbul edən kim, sərinləmək üçün suya baş vuran kim.

Son zamanlar havaların həddindən artıq isti keçməsi çimərliklərə üz tutanların sayını xeyli artırıb.

Çimərlikdə fəaliyyət göstərən Fövqəladə Hallar nazirliyinin əməkdaşları bildirdilər ki, artıq çimərlik mövsümü başlayandan  batma təhlükəsi ilə üzləşən bir neçə nəfər xilas edilib.

Dəniz havasını  bəzi xəstəliklərin şəfası kimi görən vətəndaşlar da var.

Çimərlikdə gigyenik qaydalara riayət olunması üçün məlumat tabloları da quraşdırılıb.

Milli.Az