Abşeronda avtomobil betona çırpılıb, xəsarət alan var - FOTO

5 İyul 2021 09:19

Abşeron rayonu, Saray qəsəbəsi istiqamətində gedən yolda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, avtoqəza sürücünün yüksək sürətlə avtomobili idarə etməsi səbəbindən baş verib.

"BMW" markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirib. Bu səbəbdən avtomaşın beton arakəsməyə çırpılıb. Qəza nəticəsində sürücü ağır xəsarət alıb, avtomobil isə deformasiyaya uğrayıb.

Hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Milli.Az