SOCAR-ın platformalarında hər hansı bir qəza baş verməyib - RƏSMİ

4 İyul 2021 22:36

SOCAR-ın platformalarında hər hansı qəza baş verməyib.

Milli.Az xəbər verir ki, bu barədə SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İbrahim Əhmədov bildirib.

Bildirilib ki, SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir. Əlavə məlumat olarsa, ictimaiyyəti məlumatlandıracağıq.

Milli.Az