AVRO-2020: İtaliya - İspaniya matçının hakimləri açıqlandı

4 İyul 2021 22:20

AÇ-2020-nin yarımfinal mərhələsi çərçivəsində, iyulun 6-da keçiriləcək İtaliya - İspaniya matçının hakimləri açıqlanıb. Milli.Az matc.az-a istinadən bildirir ki, Londonda oynanılacaq matçı Almaniyadan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Feliks Brix olacaq. Ona yan xətt hakimləri Mark Borş və Ştefan Lupp kömək edəcəklər. Dördüncü hakim funksiyasını rusiyalı Sergey Karasev yerinə yetirəcək.
 
İyulun 6-da keçiriləcək İtaliya - İspaniya matçı saat 23:00-da başlayacaq.

Milli.Az