“Midlsbro”dan Super Liqa klubuna

4 İyul 2021 21:54

Türkiyənin "Adana Dəmirspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Milli.Az matc.az-a istinadən bildirir ki, Super Liqa təmsilçisi "Midlsbro"dan Britt Assombalonqanı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.
 
Assombalonqa karyerası ərzində İngiltərədə "Midlsbro" ilə yanaşı, "Breyntri", "Uotford", "Sautend", "Piterboro", "Nottinqem Forest" kimi klublarda çıxış edib.

Milli.Az