Premyer Liqa klubu “Barselona”nın futbolçusunu icarəyə götürdü

4 İyul 2021 21:45

"Barselona"nın futbolçusu Fransisko Trinkao karyerasını İngiltərədə davam etdirəcək.

Milli.Az matc.az-a istinadən bildirir ki, 21 yaşlı yarımmüdafiəçi "Vulverhempton" klubuna keçib.

Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Trinkao 2021/22 mövsümünü icarə əsasında "Vulverhempton"da keçirəcək.
 
Trinkao "Barselona" ilə ümumilikdə 42 oyuna çıxıb.

Milli.Az