Mozambikdə yol qəzasında 31 nəfər ölüb, 26 nəfər xəsarət alıb

4 İyul 2021 21:00

Mozambikdə sərnişin avtobusu və iki yük avtomobili toqquşub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Maputu əyalətində baş verib.

Qəza nəticəsində 31 nəfər ölüb, 26 nəfər xəsarət alıb.

Qəzanın sürət həddini aşma və əlverişsiz hava şəraitində görmə məsafəsinin az olması səbəbindən baş verdiyi ehtimal edilir.

Milli.Az