Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı

4 İyul 2021 18:30

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 52 317 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 214, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 103 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 792 764, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 345 077, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 447 687 təşkil edir.

Milli.Az