"Ailəm ərə getmədən uşağım olsun istəyir"

5 İyul 2021 05:02

Türkiyəli model Didem Soydan Armağan Çağlayanın "YouTube"da yayımlanan proqramında qonaq olub.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, model ailəsinin ondan nəvə istədiyini deyib:

"Ailəm məndən ümidi kəsib. Mənə ötən gün "Bilirəm, sən ərə getməyəcəksən, amma uşağın olsun" dedilər. Dedim ki, "Ana-atasız necə böyüyəcək" sualıma isə belə cavab verdilər "Siz necə böyüdünüz? Biz baxarıq".

Qeyd edək ki, D.Soydan aktyor Burak Dənizlə sevgilidir.

Milli.Az