Doğuşu izlədi, yenidən ata olmaq istəmədi

5 İyul 2021 00:28

Qızları Alinanı yeni dünyaya gətirən Almeda Abazi aktyor həyat yoldaşı Tolqahan Sayışmanın yenidən ata olmaq istəyindən danışıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, A.Abazi aktyorun doğuşu izlədikdən sonra bu qərarından imtina etdiyini deyib:

"Tolqahan doğuşdan çıxan kimi "Sənə yazığım gəldi, qıymaram, bitdi. Bir də məcbur etmərəm".

Almeda Abazi beləliklə, üçüncü uşaq hekayəsini bağladıqlarını söyləyib.

Milli.Az