Yeni Yasamalda gənc qız binadan yıxılaraq öldü - VİDEO

4 İyul 2021 14:18

Yeni Yasamal yaşayış massivində hündürmərtəbəli binanın 6-cı mərtəbəsindən gənc qız paltar asarkən tarazlığını itirərək yıxılıb.

Milli.Az bildirir ki, bu barədə bina sakinləri məlumat verib.

Binanın 6-cı mərtəbəsində paltar asan 2004-cü il təvəllüdlü Məmmədova Aytac Fərid qızı müvazinətini itirib və yerə düşüb.

Ağır durumda olan A. Məmmədova xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az