Şevçenkonun taleyi necə olacaq? - AÇIQLAMA

4 İyul 2021 11:32

Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko Avro-2020-nin 1/4 finalında İngiltərəyə uduzduqları matç (0:4) haqqında danışıb.

45 yaşlı mütəxəssis millidə baş məşqçi vəzifəsində işləməyə davam edib-etməyəcəyi barədə sualları da cavablandırıb:

"Komandamızın çıxışından məmnunam. Oyunçularımıza sədaqətinə, bu günkü oyuna görə təşəkkür etdim. Milli komandada işə davam edib-etməyəcəyimə gəldikdə isə əvvəlcə Ukraynaya qayıdacağıq. Sonra görülən işləri ümumiləşdirib, hesabat verəcəyik. Və yalnız bundan sonra Ukrayna Futbol Federasiyası ilə birgə qərar verəcəyik. Hələ vaxt var. Heç kim tələsmir".

Milli.Az