Sumqayıtda yataqxanada yanğın olub

4 İyul 2021 08:47

Sumqayıt şəhərində üçmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində ümumi sahəsi 20 m² olan mənzildə 1 ədəd kondisoner, 1 ədəd soyuducu və ev əşyaları 4 m² sahədə yanıb.

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az