Güclü yağışdan sonra İstanbulu sel basıb - FOTO

3 İyul 2021 17:28

Səhər saatlarında yağan güclü yağışdan sonra İstanbulun bir neçə məhəlləsini su basıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yağışın əsas fəsadları şəhərin Anadolu hissəsində özünü göstərib. Burada evlərin həyətləri, avtomobillər və mal-qara suyun altında qalıb.

Magistralları da su basdığından avtomobillərin hərəkəti iflic olub.

Milli.Az