Kino çəkilişində partlayış - bir nəfərin ayağı kəsildi

3 İyul 2021 15:36

Çex Respublikasının paytaxtı Praqada kino çəkilişləri zamanı partlayış olub.

Milli.Az APA-ya istinadən bildirir ki, Çex radiosu xəbər verir ki, partlayış cinayətkar aləmdən bəs edən kəskin süjetli filmin çəkilişləri zamanı baş verib.

Dekorasiyalar çəkilişə hazırlanan zaman naməlum kimyəvi maddə partlayıb. Partlayış nəticəsində üç nəfər yaralanıb.

Haralılar xəstəxanaya yerləşdirilib, həkimlər onlardan birinin ayağı amputasiya etmək məcburiyyətində qalıb.

Partlayışın ehtiyatsızlıqdan baş verdiyi ehtimal edilir.

Polis hadisənin təfərrüatlarını hələlik açıqlamayıb.

Milli.Az