Dizləriniz niyə xırçıldayır?

22 İyul 2021 08:31

Sizlərdən çoxunuz yəqin ki, hərəkət edən zaman dizlərinizin xırçıldadığını eşitmisiniz. Hətta bəzi hallarda bu səs dizlərdə ağrı hissiyatı ilə birgə insanda narahatçılıq hissi yaradır. Bəzən pillənkən qalxıb enən zaman diz oynağından çıxan səsi ətrafdakılar da eşidir.
Bəs bunun səbəbi nədir?
Diz oynağı amortizator funksiyası daşıyan bir orqandır və qığırdaq toxuma ilə əhatə olunmuşdur. Qığırdaq toxuma sümüklərin bir-birinə sürtünməməsi funksiyası daşıyır. Müəyyən səbəblər üzündən bu qığırdaq toxuma öz funksiyasını və ya keyfiyyətini itirməyə başlayır.  Bir sözlə yeyiliyr. Bu zaman diz oynağını işi çətinləşməyə başlayır. Bu proses sümük toxumasında baş verən xəstəliklərlə, müxtəlif infeksion xəstəliklərin qığırdaq toxumanı zədələməsindən baş verə bilər. Qığırdaq toxuma zədələndikdə isə diz oynağı hərəkət etdikcə xırçıldayır.
Dizin xırçıldamasına uzun müddət ağır yük qaldırmaqla səbəb olmaq mümkündür. Bundan başqa həddindən çox duzlu və həddindən artıq şirin qidaların qəbulu da, dizlərdə səsin əmələ gəlməsinə səbəb ola bilir.
Bəs nə etməli?
Dizdə səs eşitdiyiniz zaman həkimə müraciət etməlisiniz. Bunun səbəbi müxtəlif olduğuna görə həkimin araşdırması daha məqsədəuyğun sayılır. Həkimin araşdırması müalicənin düzgün istiqamətdə aparılmasına səbəb ola bilər. Çünki vaxtında və düzgün aparılmayan müalicə dizlərdə deformasiyaya səbəb ola bilər.
Dizlərinizə özünüz də ev şəraitində qulluq edə bilərsiniz.
1. Gimnastika edin. Gündə ən azı 10 dəfə ayaqlarınızı velosiped süsrmüşsünüz kimi hərəkət etdirin.
2. Vanna qəbul edin. Ayaqlarınızı vannadan sonra kremlə yüngül massaj edin.
3. Sodalı suda pambıq parçanı isladıb dizlərinizin üstünə qoyun və 20 dəqiqədən sonra bitki yağı ilə massaj edin.

Mill.Az