Qadın çanağının quruluşu

22 İyul 2021 08:11

Çanaq 4 sümükdən ibarətdir:
- 2 adsız sümük
- oma sümüyü
- büzdüm sümüyü.
Qadın çanağını adsız sümük yanlardan və öndən, oma və büzdüm sümüyü isə arxa hissədən əhatə edir. Adsız sümük 18 yaşa qədər 3 dənə sümük və birləşdirici qığırdaq hissədən ibarət olur.
Oma sümüyü beş fəqərənin birləşməsindən ibarət olub yuxarı enli, aşağı isə enliləşərək konusa bənzəyir. Bu birləşmə arxaya doğru əyilmiş olub oma çuxurunu əmələ gətirir.
Kalça, oturaq, qasıq sümükləri sirkə kasası ətrafında birləşir. Qalça yan, oturaq aşağı, qasıq isə öndən əhatə edir.
Büzdüm 4-5 inkişaf etməmiş fəqərələrdən ibarət olub ayağıya doğru daralır.
Çanaq böyük və kiçik çanaq hissələrindən ibarətdir. Böyük çanaq enli olur, qarın əzələlərinin boşalması və yığılması nəticəsində tutumu dəyişə bilir. Doğum vaxtı bu ölçü normal və ya anormal ola bilir.

Mill.Az