Nazilədən atmaca - "xına gecəsi ədəb-ərkan çərçivəsindən çıxmamalıdır".

3 İyul 2021 14:58

Şairə Nazilə Səfərli iştirak etdiyi xınayaxdı məclislərinin birindən fotosunu paylaşıb.

Milli.Az sherq.az-a istinadən xəbər verir ki, o, paylaşıma bu sözləri yazıb:

"Hər məclisin bir adı var. Mən olduğum məclislərin başlıca adı səliqə-səhmandır. Xınayaxdı adı altında bazar açanları da bəyənmirəm. Xına gecəsi ədəb-ərkan çərçivəsindən çıxmamalıdır".

Milli.Az