Bu zonada sürüşmə baş verib, itkin düşənlər var

3 İyul 2021 09:54

Yaponiyanın Sidzuoka prefekturasının Atami şəhərində sürüşmə baş verib. 20-dək insanın itkin düşdüyü bildirilir.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Hadisə yerinə xilasedicilər göndərilib.

Artıq bir neçə gündür ki, Yaponiyanın mərkəz və şərq regionlarında güclü yağışlar yağır. Son 2 gün ərzində ayrı-ayrı rayonlara 400-600 mm yağıntı düşüb.

Milli.Az