Populyar azərbaycanlı müğənni üzərində canavar dişi gəzdirir
9 Fevral 2012 16:14
Milli.Az-ın Day.Az saytına istinadən verdiyi məlumata görə, o, yerli telekanallardan birinə açıqlamasında hər kəsin səbrli olmasının vacibliyini söyləyib: "Çoxları falçılara inanır. Amma əslində bir qədər səbr nümayiş etdirdikdə hər şey özü qaydasına düşür və falçılara müraciət etməyə ehtiyac qalmır. Problem ondadır ki, heç kim səbr etmir. Hər gün falçıya getdiyimi demirəm. Amma onlara müraciət etdiyim anlar olub. Canavar dişi məni nəzərdən qoruyur. Bəzən o, çat verir. Çünki bütün nəzərləri özünə çəkir".
V.Məhərrəmli canavar dişini falçılardan almadığını, dişin xüsusi olaraq onun üçün gətirildiyini söyləyib. O, bildirib ki, dişi heç kimə göstərmək olmaz.
Milli.Az