Mingəçevridə yük maşınında yanğın olub - FOTO

3 İyul 2021 08:13

Mingəçevirdə "KamAZ" markalı yük maşınında yanğın baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında şəhərin çimərlik yolu istiqamətində qeydə alınıb.

Şəmkir rayon sakininə məxsus yük maşınının təkərlərində gözlənilmədən başlayan yanğın ciddi təhlükə yaradıb. Hadisə yerinə gələn FHN-in yanğından mühafizə xidmətinin əməkdaşları tərəfindən alov söndürülüb və maşının digər hissələri yanğından mühafizə olunub.

Milli.Az