“Çelsi” futbolçusunu icarəyə verdi

2 İyul 2021 23:50

"Çelsi" klubu futbolçusu Billi Gilmoru icarəyə verib. Milli.Az matc.az-a istinadən bildirir ki, şotlandiyalı yarımmüdafiəçi "Norviç Siti"yə keçib. 

Bu barədə "Çelsi"nin mətbuat xidməti məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi 2021/22 mövsümünü icarə əsasında "Norviç"də keçirəcək.
 
"Norviç Siti" yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq.

Milli.Az