Bakıda qadına məxsus maşın qaçırıldı
30 Aprel 2010 14:25
Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, aprelin 29-da qaçırılan "VAZ-2107" Elminaz Camalovaya məxsus olub.
Avtomobil həmin gün Cavadxan küçəsində maqnitafonu, səsgücəndiriciləri, təkər və ehtiyat hissələri oğurlanmış vəziyyətdə tapılıb. Oğurluğun Tərtər sakini Anar Bayramov tərəfindən törədildiyi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Milli.Az