Astarada 66 yaşlı kişi dənizdə boğulub

2 İyul 2021 20:00

Astarada 66 yaşlı kişi dənizdə boğularaq ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Astaranın çimərlik ərazilərindən birində qeydə alınıb. Rayonun Şiyəkəran kənd sakini, 1955-ci il təvəllüdlü Vətən Ağadadaş oğlu Məcidov Xəzər dənizində batıb. Mərhumun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bakıda yaşayan V.Məcidov yaxın qohumlarından birinin dəfnində iştirak etmək üçün rayona gedibmiş.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az