Baş nazir Əli Əsədov Qırğızıstanın xarici işlər naziri ilə görüşüb

2 İyul 2021 16:56

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 2-də Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Qırğızıstan əlaqələrinin inkişafından məmnunluq ifadə edilib, ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Milli.Az