Həcc ziyarətində robotlardan istifadə olunacaq

2 İyul 2021 20:12

Bu il koronavirus pandemiyası səbəbindən Səudiyyə Ərəbistanında Həcc ziyarətinə gedən insanlara robotlar xidmət göstərəcək.

Milli.Az lent.az-a istinadən bildirir ki, ziyarətçilərə zəmzəm suyunu paylanmasında və ziyarətgahın təmizlik işlərində robotlarlardan istifadə ediləcək.

Qeyd edək ki, bu il 18-65 yaş arası peyvənd olunan 60 min insan Həcc ziyarətində iştirak edə biləcək.

Milli.Az