Bakıda təcili yardım maşını qəzaya uğradı

2 İyul 2021 13:43

Bakıda təcili yardım maşını qəzaya uğrayıb.

Milli.Az Baku.TV-yə istinadən xəbər verir ki, hadisə Bakı Olimpiya Stadionunun qarşısında baş verib.

Belə ki, təcili yardım maşını yolun hərəkət hissəsinin əks istiqamətinə çıxaraq qarşı tərəfdən gələn BMW ilə toqquşub.

Milli.Az