"Sentyabr-oktyabrda "Delta" ştammı ilə bağlı özümüzü qorumalıyq" - Hande Harmancı

2 İyul 2021 13:04

"Pandemiya hələ bitməyib, amma hava düzəlib, buna görə daha optimistik. Bununla belə, hamıdan xahiş edirəm, özümüzü qorumağı unutmayaq".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O bildirib ki, sentyabr və oktyabrda "Delta" ştammı ilə bağlı qorunma tədbirlərinə davam edilməlidir: "Peyvəndlərdən mütləq şəkildə istifadə etməliyik. Peyvəndlər təsirli və təhlükəsizdir".

Milli.Az