Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişinlər - 1968-ci il təvəllüdlü Rəhimov Rüfət Bəhram oğlu və 1977-ci il təvəllüdlü Hüseynova Yelizaveta Məhəmməd qızı xəsarət alıblar. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az