Tovuzda iki yük maşını toqquşub, ölən və xəsarət alanlar var - VİDEO

2 İyul 2021 10:27

Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Düz Qırıxlı kəndindən keçən hissəsində qeydə alınıb. "ZİL" və "MAN" markalı yük maşınlarının toqquşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xəsarət alanların vəziyyətin ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az