Tanınmış aktyor vəfat etdi

2 İyul 2021 10:04

Türkiyənin tanınmış aktyoru Qartal Tibet vəfat edib.

Milli.Az kult.az-a istinadən xəbər verir ki, bu barədə aktyor Civan Canova İnstaqram hesabında paylaşım edib.

Qeyd edək ki, 83 yaşlı aktyor 200-ə yaxın filmə çəkilib. O ilk dəfə "Qaraoğlan" filmində rol alıb. Daha sonralar isə "Tarkan", "Sarmaşıq gülləri", "Boş çərçivə", "Zanbaqlar açarkən", "Çalıquşu" kimi filmlərə çəkilib.

Milli.Az