Ramos PSJ ilə razılığa gəldi

2 İyul 2021 12:59

"Real"dan ayrılan Serxio Ramos karyerasını PSJ-də davam etdirməyə yaxındır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ispan müdafiəçi Paris təmsilçisi ilə razılığa gəlib. Onun yeni klubu ilə 2 illik müqavilə imzalayacağı bildirilib.

35 yaşlı futbolçunun yaxın günlərdə PSJ-də tibbi müayinədən keçəcəyi vurğulanıb.

Qeyd edək ki, Ramos 2005-ci ildən oynadığı "Real"dan ötən ay müqaviləsi başa çatdığı üçün ayrılıb.

Milli.Az