Bakıda kişi arvadının boşanması səbəbindən özünü öldürmək istəyib

2 İyul 2021 09:39

Bakının Sabunçu rayonunda intihara cəhd olub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisəyə səbəb qadının ərindən boşanması üçün məhkəməyə müraciət etməsi olub.

Belə ki, 1984-cü il təvəllüdlü Abbasov Vəli Nizam oğlu həyat yoldaşının məhkəməyə müraciət etməsi onun özünü öldürməyə vadar edib. V.Abbasov sirkə turşusu içərək intihara cəhd edib.

O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Milli.Az