Ağdamda yük avtomobili yanıb

3 İyul 2021 20:08

Ağdamda yük avtomobili yanıb

Milli.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Xındırıstan kəndində qeydə alınıb. Belə ki, "AVİA" markalı yük avtomobilində (soyuducu avtomobili) 1 ədəd kondisioner yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az