Azərbaycan və Ermənistan deputatları AŞ PA-nın hər sessiyasında görüşmək qərarına gəliblər

30 Aprel 2010 13:55
Trend-in məlumatına görə, bu barədə jurnalistlərə cümə günü AŞ PA sədri Mövlud Çavuşoğlu bildirib.

"Bu günlərdə Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri arasında mənim iştirakımla görüş keçirildi. Görüşdə hər sessiya nümayəndə heyətlərinin rəhbərləri arasında görüşün davam etdirilməsi və bu il iyun ayında daha geniş formatda keçirilməsi qərarına gəldik. Növbəti görüşdə Azərbaycan və Ermənistan tərəfindən müxalifətin AŞ PA-dakı nümayəndə heyətlərindəki üzvləri də iştirak edə biləcəklər. Nümayəndə heyətlərinin müxalifət üzvlərini bu görüşə cəlb etmək şəxsən mənim təşəbbüsümlə olub. Görüşlərin keçirilməsi məsələsi bu gün büroya təqdim edilib və büro üzvləri məsələni müzakirə edərək, bu təşəbbüsü təsdiq etdi", - AŞ PA sədri deyib.

Dağlıq Qarabağ üzrə Alt Komitənin gələcək fəaliyyətinə gəldikdə, AŞ PA sədri bunun qurumun iyun ayında keçiriləcək sessiyasındakı görüşlərdən sonra müəyyən ediləcəyini bildirib.

AŞ PA-nın yaz sessiyası çərçivəsində bu həftə Azərbaycan və Ermənistanın qurumdakı nümayəndə heyətlərinin rəhbərləri arasında AŞ PA sədri Mövlud Çavuşoğlunun iştirakı ilə görüş keçirilib.

/Trend/