Türkiyədə oyuna 50 faiz tamaşaçı buraxılacaq

1 İyul 2021 18:54

Türkiyə Futbol Federasiyasının (TFF) İdarə Heyətinin iclası keçirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, yığıncaqda 2021/22 mövsümündə peşəkar liqalarda tamaşaçıların stadionlara buraxılması müzakirə edilib.

Qərara alınıb ki, yeni mövsümdə oyunlara stadionun tutumunun 50 faizi qədər tamaşaçı buraxılsın. Lojalara isə sayla bağlı limit tətbiq olunmayacaq.

Milli.Az