Bratsk (Rusiya) şəhərində 16 yaşlı qız 14 yaşlı oğlana bıçaqla zərbə endirib.
Milli.Az rus xəbər saytlarına istinadən xəbər verir ki, gənc hadisə yerində ölüb. Məlumata görə, yeniyetmə dostları ilə dramatik teatrın yanında durub və anidən qızla arasında münaqişə yaşanıb. Onların necə yaxın olduğu bəlli deyil. Lakin qız qəfildən bıçağı çıxarıb ona zərbə endirib. Oğlan xəstəxanada ölüb. Polislərin əvvəldən də diqqət mərkəzində olan qız bir neçə dəfə oğurluq faktı üzrə saxlanılıb.
Kamran Seyidov
Milli.Az