Türkiyə millisinin futbolçusu Fransa klubuna keçdi

1 İyul 2021 17:12

"Roma"nın yarımmüdafiəçisi Cengiz Ünderin yeni klubu müəyyənləşib.

Milli.Az-ın apasport.az-a istinadən yaydığı məlumatına görə, 24 yaşlı hücumameyilli futbolçu karyerasını Fransada davam etdirəcək.

Ötən mövsümü icarə əsasında "Lester"də keçirən Türkiyə millisinin üzvü "Marsel"lə anlaşıb. Hazırda Fransada olan futbolçu yeni komandası ilə 4 illik müqavilə imzalayacaq. Bu keçid İtaliya təmsilçisinə 10 milyon avro qazandırıb. "Roma" həmçinin Ünderin növbəti satışının 30 faizini əldə edəcək.

Qeyd edək ki, Cengiz Ünder ötən mövsüm 19 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə verib.

Milli.Az