Ermənistanda COVID-19-a yoluxanların sayı 225 221 nəfərə çatıb

1 İyul 2021 13:19

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 126 yoluxma halı qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 225 221-ə çatıb.

Son 24 saat ərzində ölkədə koronavirusdan 3 ölüm halı qeydə alınıb, bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4517 nəfərə çatıb.

Milli.Az