İtdən qaçırdı, qəzaya düşdü - VİDEO

1 İyul 2021 18:30

İstanbulun Böyükçəkməcə rayonunda itin hücumundan qorxaraq avtomobil yoluna çıxan şəxs bədbəxt hadisə ilə üzləşib.

Milli.Az avtosfer.az-a istinadən bildirir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Qorxaraq yolun avtomobillərin hərəkəti üçün nəzərdə tutulan hissəsinə çıxan şəxs yük maşını tərəfindən vurulub və ağır xəsarət alıb.

Milli.Az