Gürcüstanda koronavirusa yoluxanların sayı 367 mini ötüb

1 İyul 2021 12:49

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 980 yoluxma halı qeydə alınıb, 11 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 367 058, xəstəlikdən ölənlərin sayı isə 5 327 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 352 624 nəfərin sağaldığı bildirilir.

Milli.Az