Əfqanıstanda avtomobil partladılıb, 8 polis ölüb

1 İyul 2021 12:24

Əfqanıstanda terror aktı nəticəsində 8 polis əməkdaşı və 1 hərbçi ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Əfqanıstanın qərbində, Herat vilayətində baş verib.

Bildirilib ki, partlayıcı qurğu yerləşdirilmiş avtomobil polis qərargahının ərazisində partladılıb.

Milli.Az