Novxanıda sürücüyə qarşı yersiz hərəkət edən yol polisi cəzalandırıldı

1 İyul 2021 11:09

Baş Dövlət Yol Polisi İdarəsi Abşeron rayonunun Novxanı qəsəbəsində yol polisinin sürücüdən rüşvət alması iddiası ilə bağlı yayılan videogörüntülər haqda açıqlama verib.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Unikal-a açıqlamasında bildirib ki, yayılan videogörüntülərlə bağlı araşdırma yekunlaşıb:

"Həmin polis əməkdaşının rüşvət alması faktı təsdiqlənməyib. O, sürücü ilə kobud rəftarına görə intizam qaydasında cəzalandırılıb".

Milli.Az