Ramil Şeydayev "Qarabağ"la müqavilə bağladı - FOTO

1 İyul 2021 21:14

"Sabah"dan ayrılan Ramil Şeydayevin "Qarabağ"a keçidi rəsmiləşib.

Milli.Az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, millimizin hücumçusu ilə 2 illik müqavilə imzalanıb. O, "Qarabağ"da 77 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, 25 yaşlı hücumçu 2017/2018 mövsümündə "Qarabağ"da icarə əsasında çıxış edib.

Milli.Az