Tramp QƏRAR VERDİ: 2024-cü il seçkilərində iştirak edəcək

1 İyul 2021 10:54

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il seçkilərində iştirak edəcəyi ilə bağlı qərar verib. 

Milli.Az lent.az-a istinadla bildirir ki, o, "Fox News" telekanalının aparıcısı Şon Henninqə yenidən prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlayıb. 

Tramp jurnalistin seçkilərdə iştirakının mümkün olub-olmadığı ilə bağlı suala "bəl" cavabını verib. "Ölkənin buna ehtiyacı var. Bu ölkənin qayğısına qalmalıyıq. Əyləncəli deyil, davamlı mübarizə aparın, həmişə mübarizə aparın", - Tramp əlavə edib. 

Milli.Az