"Ali təhsil haqqında" qanun layihəsindən xəbər var - VİDEO

1 İyul 2021 15:04

"Ali təhsil haqqında" qanun layihəsi hazırlığın ilkin mərhələsindədir. Universitetlərin  özünü maliyyələşdirməsi  də təkliflər sırasındadır.  Millət vəkili, layihə üzrə yaradılmış işçi qrupunun üzvü  Musa Qasımlı bildirib ki, qanun layihəsi təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, təhsilin inkişafında beynəlxalq təcrübənin öyrənilməsi mütləqdir. "Ali təhsil haqqında" qanun layihəsi  təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.

Millət vəkili Musa Qasımlı bildirib ki, "Ali təhsil haqqında" qanun layihəsi hazırlığın ilkin mərhələsindədir. Növbəti mərhələlərdə ali təhsil müəssisələrinin rəhbərlərinin fikirləri dinləniləcək. 

Millət vəkili bildirib ki, bir çox ölkələrdə universitetlər dövlətdən asılı deyillər, yalnız  bəlli layihələrə vəsaitlər ayrılır. Universitetlərin  özünü maliyyələşdirməsi də təkliflər sırasındadır. 

Müzakirələr zamanı daxil olan təkliflər də nəzərə alınmaqla layihə üzərində iş davam etdiriləcək, deyə millət vəkili vurğulayıb.

Milli.Az