Gəncə şəhərində məşhur Xan bağında ağacların kəsilməsi barədə məlumat yayılıb.
DİN Mətbuat xidmətinin Gəncə regioanl qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, iyunun 30-da güclü külək nəticəsində park ərazisində bir ədəd çinar ağacı qırılıb:
"Həmin ağac aşaraq oturacağın üstünə düşüb. Daha sonra ağacın qalıqları doğranaraq ərazidən götürülüb. Görüntülər də həmin zaman çəkilib".
Milli.Az