"Traktor"dan qələbə

1 İyul 2021 08:14

İran çempionatında 25-ci turun oyunları keçirilir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Təbrizin "Traktor" klubu bu tur öz meydanında "Zob Ahan"ı qəbul edib. Cənubi Azərbaycan təmsilçisi 1:0 hesabı ilə qalib gəlib. Oyunda yeganə qolu 13-cü dəqiqədə Məhəmməd Abbaszadeh vurub.

Bu nəticədən sonra "Traktor" 36 xalla 4-cü pillədə qərarlaşıb. Komandanı lider "Persepolis"dən 18 xal ayırır.

Milli.Az