Bakıda 17 yaşlı qız naməlum şəraitdə bıçaqlanıb

1 İyul 2021 08:18

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Mərdənov qardaşları küçəsində baş verib.

2004-cü il təvəllüdlü Xəlilova Pərvin Zamin qızı naməlum şəraitdə bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb.

Faktı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları araşdırır.

Milli.Az